2012 MODEL SEAT EXEO ARTIQ AZƏRBAYCANDA

“SEAT” modelləri içərisində ilk biznes sedan olan “Exeo” avtomobili artıq Azərbaycanda satışa çıxarılıb. 

Yeni model çox parlaq cizgilərlə yanaşı, aqressiv idman üslubu və zərif eksteryer cizgilərinə malikdir. Bu xüsusiyyət “EXEO”nu daha dinamik və individual edir. 

Eleqant xarici görünüş, yeni yüksək keyfiyyətli texnologiya və materialların tətbiqi yeni “SEAT EXEO”-nun kökündə dayanan novator ruhunu əks etdirir. Hamar əyrilərdən, müxtəlif çeşidli rəng seçimlərindən və yüksək səviyyəli interyer materiallarından başlayaraq hər bir xırda incəlik bu avtomobilin əsl idman üslubunda istehsal edilməsinin bariz nümunəsidir. 

Texniki göstəricilərə gəldikdə isə avtomobilin təchizatına 7 pilləli DSG sürətlər qutusu, işıq və yağış sensorları, 2 zonalı iqlim kontrolu və kruiz kontrol, adaptiv bi-ksenon faralar, ön və arxa diodlar, yan güzgülərin elektriklə tənzimlənməsi, qızdırılması və avtomatik yığılması funksiyaları, şüşə lyuk və R17 yüngül lehimli disklər daxildir. 

Qeyd edək ki, 2 litr həcmli, 200 at gücünə malik turbo mühərrikli, tam təchizatlı “SEAT EXEO” modelini 23 min 500 AZN-ə əldə etmək mümkündür. Həmçinin ən sərfəli kreditlə heç bir sənəd tələb olunmadan yalnız şəxsiyyət vəsiqəsi ilə cəmi 15% ilkin ödəniş etməklə, illik bank faizi 15%-dən başlayaraq, 5 illik sərfəli kredit şərtlərindən də yararlana bilərsiniz.