SEAT SERVİS MƏRKƏZİ

Keyfiyyətə istiqamətlənmiş servis xidməti. ETİBARLILIQ, DƏYƏR və RAHATLIQ. SEAT-la ən yüksək servis xidmətinə nail olun.

Sİz bizə etibar edərək SEAT avtomobili əldə etmisiniz, SEAT-a sahib olmaq hətta sükan arxasına əyləşməsəniz belə, bu böyük bir təcrübədir.

Etibarlılıq, dəyər və rahatlıq – bunlar bizim təklif etdiyimiz servis xidmətinin əsaslarıdır. SEAT SERVİS MƏRKƏZİ-ndə biz sizin mənəvi rahatçılığınızı təmin edərək, ehtiyaclarınızı xüsusi qayğı ilə qarşılıyaraq və bütün incə məqamları nəzərə alaraq sizə yüksək səviyyəli servis xidməti təklif edirik.

Sizin avtomobil SEAT SERVİS-ə daxil olan andan bizim keyfiyyətli servis xidməti sistemi tam gücü ilə fəaliyyətə başlayır. SEAT SERVİS MƏRKƏZİ-nə xoş gəlmisiniz. Siz sadəcə avtomobili idarə edin, digər bütün məsələləri biz öz öhdəmizə götürürük.

SEAT SERVİS MƏRKƏZİNİN xüsusi ixtisaslı kadrları yalnız müasir avadanlıqlardan və 2 il müddətində zəmanəti olan orijinal ehtiyat hissələrindən istifadə edir.

Biz avtomobil sənayesində qəbul edilmiş standartlara və normativlərə uyğun olaraq servis xidməti göstərir və müstəqil keyfiyyətə nəzarət həyata keçiririk.
Bizim servis məsləhətçilərimiz sizə avtomobilə əlaqədar görüləcək işləri dəqiqliklə izah edəcək və yalnız sizin razılığınızı aldıqdan sonra işi icra etməyə başlayacaqlar.

Avtomobil müştəriyə təhvil verilməmişdən öncə görülmüş bütün servis işləri keyfiyyətə nəzarət xidmətindən keçirilir. Bizə sizin diqqətiniz çox önəmlidir, bu səbəbdən öz təəsuratlarınızla bizimlə paylaşmağı sizdən xahiş edirik.