SEAT FRANKFURTDA IBL KONSEPT-KARı TƏQDİM ETDİ

SEAT şirkəti Frankfurtda yeni konseptual avtomobil təqdim edib. Debütant IBL adlandırılıb. Məhz bu prototipin əsasında Seat özünün yeni tam ölçülü sedanını işləyəcək. Brendin bildirdiyinə görə şirkətin bütün avtomobilləri bu konseptə meyllənəcək.Yeni avtomobilin kuzovu kifayət qədər aqressiv cizgilər əldə edib. Bu xüsusilə ensiz fənərlərdə və yeni formalı radiator barmaqlığında nəzərə çarpır.Seat IBL uzunluğu 4,67 m, təkər bazası 2,71 m təşkil edir. Seat bildirib ki, IBL konsepti yeni flaqman modelinin müjdəçisidir və Exeo ailəsini əvəz edəcək.

Maşın həmçinin mexatron şassi, online rejimdə yenilənə bilən Google xəritələri, həmçinin yeni küləksiz kondisioner sistemi əldə edib.Çətin ki, bu konsept seriya modeli kimi istehsal xəttinə qəbul edilsin. Hamıdan öncə konseptin cizgilərini markanın gələcək flaqman sedanı, ondan sonra isə digər modelləri nümayiş etdirəcək.