SEAT SUPER KOMPAKT AVTOMOBİLİ NÜMAYİŞ ETDİRİB

Seat şirkəti super-kompakt avtomobillər seqmentinə qayıdır. 
Volkswagen Up! bazasında hazırlanmış yeni avtomobil Mii adlanır. Modelin İspaniyada satışları noyabrda başlanır. Şəhər kompakt avtomobili Avropada 2012-ci ilin yazında peyda olacaq.Beşqapılı versiya 2012-ci ilin sonuna gözlənilir. Autocar dərgisinin məlumatına görə Seat Mii $12,5 minə təklif ediləcək. Avtomobil 59 və 74 a.g. olan üç silindrli 1 litrlik mühərriklərlə təchiz ediləcək. Yanacaq sərfini və ətraf mühitin çirklənməsini azaltmaq üçün Ecomotive paketi nəzərdə tutulub.

Bura enerjinin rekuperasiyası və start/stop sistemləri daxildir. Avtomobil həmçinin City Safe Drive sistemi ilə də təchiz ediləcək. Sistem qəza vəziyyəti zamanı lazer məlumatvericisinin köməyi ilə təcili olaraq sürəti azaltmağa kömək edir.