HÜQUQİ MƏLUMAT

www.seat.com.az saytına daxil olduqda aşağıdakı şərtlərlə tam razıyam.

 
 

SEAT BAKI MƏRKƏZİNİN İDENTİFİKASİYASI

REAL MOTORS MMC (SEAT AZƏRBAYCAN) – Volksvagen Group-un üzvüdür “REAL MOTORS MMC” hüquqi adresi: Babək prospekti 36E, Bakı, Azərbaycan və Azerbaycan Respublikasının ərazisində fəaliyyət göstərir.

 
 
 
 

İNTELLEKTUAL MÜLKİYYƏT HÜQUQU

Bu veb səhifə “REAL MOTORS MMC” və dünyanın hal hazırda qüvvədə olan bütün müəllif hüquqları və intellektual mülkiyyət qanunları ilə qorunur. Veb dizayn, mətn, qrafika, düzən və saytda əks olunmuş bütün digər məlumatlar “REAL MOTORS MMC”-nin və ya xidmət göstərənlərin və texnologiya şirkətinin mülkiyyətindədir.

Bununla belə “REAL MOTORS MMC” haqqında məlumat almağın yeganə yolu fiziki media elektron surətləri və çap materialları yaratmaq üçün icazədir. “REAL MOTORS MMC”-nin yazılı icazəsi olmadan yuxarıda sadalanlardan başqa, modifikasiyası, yayılması və ya başqa məqsədlər üçün istifadəsi, o cümlədən bu saytda yerləşdirilən materialların təkrar istifadəsi” qadağandır.

Əgər digər heç bir hal nəzərə alınmadığı təqdirdə, bütün ticarət və xidmət nişanları həmçinin loqotipləri “REAL MOTORS MMC”-nin ticarət nişanlarıdır və hər hansı bir digər məqsəd üçün istifadə olunması qadağandır. REAL MOTORS MMC-yə qarşı hər hansı bir qanun pozuntusu müvafiq qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunmaya səbəb ola bilər.

 
 

MƏXFİLİK HAQQINDA BƏYANNAMƏ

REAL MOTORS MMC şirkəti məxfililiyin qorunmasının vacibliyini anlayır. Biz “REAL MOTORS MMC”-dən kənar bütün digər şirkətlərin, təşkilatların, əlaqədar şirkətlər və səlahiyyətli dilerlər və şəxslərin qarşısında öz müştərilərimiz barədə əldə edilən bütün məxfi məlumatların qapalı saxlanılması ilə əlaqədar tam məsuliyyət daşıyırıq. “REAL MOTORS MMC” üçün mövcud və ya potensial müştərilərin şəxsi və ya məxfi məlumatlarının satışı və ya mübadiləsi qadağan olunması ilə bağlı ciddi siyasət yürüdülməsi barədə tam arxayın ola bilərsiniz.

Biz Internet brauzer və istifadə olunan kompüter əməliyyat sistemi növü haqqında texniki məlumat toplaya bilirik. Bu məlumatı identifikasiya etməyə imkan vermir və yalnız veb səhifənin analizi üçün istifadə olunur. Biz həm də sizin diskinizə kuki fayl yazmaq hüququna malikiy, belə ki, sizin veb səhifəyə növbəti girişinizdə sizi identifikasiya edə və məzmunu sizin tərcihlərinizə uyğun olaraq hazırlaya bilərik. Kuki faylları istifadə etmək istəmirsinizsə brauzerin müvafiq opsiyalarını söndürə bilərsiz. Bundan əlavə, kompüterinizdən kuki faylları poza bilərsiniz.

 
 

ÜMUMİ MƏLUMAT

“REAL MOTORS MMC” bu saytda nəşr məhsulları barədə məlumat düzgünlüyünü və aktuallığını təmin etmək üçün hər bir səy göstərir. Lakin, məhsul xarakteristika məlumatını yalnız bu saytda yer alır və məhsullar daim dəyişir, çünki REAL MOTORS MMC əvvəlcədən xəbərdarlıq etmədən istənilən zaman məhsul xarakteristikasını dəyişdirmək hüququnu özündə saxlayır. Bütün spesifikasiyalar “REAL MOTORS MMC” və ya Azərbaycandakı SEAT səlahiyyətli dileri tərəfindən müəyyən edilir. Xüsusi xarakteristikalı məhsul sifariş etmək üçün, xarakteristikalarda dəyişikliklər barədə ən son məlumatı “REAL MOTORS MMC” və ya Azərbaycandakı SEAT-in səlahiyyətli dileri ilə məsləhətləşin.

Qiymətlər: Bu saytda qeyd olunan bütün qiymətlər istehsalçının pərakəndə qiymətləridir və vaxtaşırı dəyişə bilər. Bizim veb saytda məhsulların sayı çoxdur, bütün bunlara baxmayaraq, bəzi məhsulların qiymətləri doğru olmaya bilər. Həmişə öz yerli pərakəndə dilerindən yekun qiyməti dəqiqləşdirin. Həmçinin saytda SEAT SERVİSİN təklif etdiyi DÖVRİ TƏMİR XİDMƏTLƏRİ cədvəli də əlavə olunmuşdur.

Bu saytda Şəkillər və fotoşəkillər yalnız məlumat məqsədləri üçün istifadə oluna bilər. Onlar yerli bazarda olan avtomobilin xarakteristikalarını və ya SEAT-ın digər məhsullarını tam əks etdirməyə bilər.

ÖHDƏLİK VƏ ÖHDƏLİKDƏN İMTİNA: BÜTÜN ZƏMANƏTLƏR, HƏR NÖV ŞƏRTLƏR VƏ YA DİGƏR VƏZİYYƏT, ÜMUMİ QANUNVERİCİLİK VƏ YA NİZAMNAMƏ İLƏ NƏZƏRDƏ TUTULMUŞ BU SAYTLA VƏ YA BU SAYTA YERLƏŞDİRİLMİŞ İNFORMASİYA, MƏZMUN, MATERİALLAR VƏ YA MƏHSULLARLA BAĞLI, QANUNVERİCİLİKLƏ İCAZƏ VERİLMİŞ MAKSİMAL DƏRƏCƏDƏ XARİC OLUNA BİLƏR. HEÇ BİR HALDA “REAL MOTORS MMC” BİRBAŞA, DOLAYISI, XÜSUSİ VƏ YA DOLAYISI ZƏRƏRLƏRDƏN (MƏNFƏƏTİN ALINMAMASI VƏ YA ZƏRƏRLƏRİN ÇƏKİLMƏSİ DAXİL OLMAQLA VƏ S.), XƏRCLƏR, İDDİALAR VƏ YA HƏR HANSI NÖV KOMPENSASİYA ALINMASI, ƏRİZƏ İLƏ ŞİKAYƏTƏ BAXILMASI, YALNIZ XƏSARƏT VƏ ÖLÜM HALLARI TAM SÜBUTA YETİRİLDİKDƏN SONRA İSTİSNA OLMAQLA, BAŞQA BÜTÜN HALLAR “REAL MOTORS MMC”-NİN, ONA AİD OLAN BÜTÜN HƏMKARLARINI VƏ AQENTLƏRİNİ BÜTÜN MƏSULİYYƏTLƏRDƏN AZAD EDİR. “REAL MOTORS MMC” BU SAYTDA YERLƏŞMİŞ LİNKDƏN BAŞQA SAYTLARA GİRİŞƏ GÖRƏ HEÇ BİR MƏSULİYYƏT DAŞIMIR.

Sui-istifadə ilə bağlı ərizə: “REAL MOTORS MMC” veb saytdakı informasiyanın düzgün olmayan istifadəyə görə istifadəçilərə qadağa qoya bilər. “REAL MOTORS MMC” sui-istifadəyə dair qərarı özü qəbul edir və onun qərarı qətidir.

İstifadə oluna bilən Qanunvericilik: Bu sayt Azərbaycan Respublikasının ərazisində yaşayan şəxslər və vətəndaşlar üçün nəzərdə tutulmuşdur. Müvafiq olaraq, bu şərtlər və vəziyyət Azərbaycan qanunvericiliyinə uyğun olmalıdır və mübahisə tərəfləri ancaq Azərbaycan məhkəməsinin yurizdiksiyası ilə razılaşmalıdırlar.