İSTƏNİLƏN VƏZİYYƏTDƏ SAKİTLİK VƏ GÜVƏNLİK

Yeni SEAT LEON FR-i hazırlayarkən, mütəxəssislər Seat LEON FR-i öz sinfində ən təhlükəsiz avtomobil yaratmağa çalışmışdılar, axı dünyada insan həyatından qiymətli heçnə yoxdur.
Sizləri təəcübləndirmək və avtomobilin idarəsi zamanı sizlərdə bir yarışçı ruhu oyatmaq üçün yaradılıb. Bu avtomobilin yaradıcıları SEAT LEON modelinin sürəti qarşısında onun təhlükəsizliyinə biganə qala bilməzdilər. 

ADAPTİV İŞIQLANMA AFS VƏ BI-KSENON FARALAR



SEAT LEON modelinin qabaqcıl texnologiyaları içərisində adaptiv işıqlanma və bi-ksenon faralar sistemini xüsusi qeyd etmək lazımdır. Bu sistem bütün döngələr zamanı sizin yolunuzu işıqlandıracaq. Duman əleyhinə faraların isə döngələri işıqlandırma sistemi sizə əlavə üstünlük verəcəkdir.

ESC VƏ XDS TƏHLÜKƏSİZLİK SİSTEMLƏRİ



XDS (Elektron Differensial Kilitlənməsi) – ESC (Elektron Stabilləşdirmə Sistemi) ilə birbaşa əlaqədə olan elektron sistemdir. XDS döngələrin keçilməsi zamanı daha yüksək səviyyəli nəzarəti əmin edir. XDS ( (Elektron Differensial Kilitlənməsi) ) hər bir təkərdə dövretmə sürətini tənzimləyərək avtomobilin döngələr zamanı sürüşməsinin qarşısını alır və avtomobilin idarəçiliyini daha da təhlükəsiz edir. Tələb olunan zaman bu sistem sayəsində hər bir təkər müxtəlif döretmə sürəti ilə hərəkət edə bilər və bu zaman avtomobil tam dinamikliyini qoruyub saxlayır. 

SÜRÜCÜNÜN YORĞUNLUĞUNU TANINMASI SİSTEMİ

  
Sizi fikirləşən avtomobili sevməmək mümkün deyil
Sürüş qərarlarınızı dinamiq olaraq analiz edən bu opsiyonal sistem, konsantrasiyanızu itirməsini tanıyar və sizə istrahət etmənizi məsləhət görər. Sistem sizi, 5 saniyə ərzində göstergə tabelində bir qəhvə fincanı şəkli göstərərək görünməli ve eşitməli olaraq uyarar.

ABS VƏ EBA

ABS (Əyləc sisteminin kilidlənməsinin qarşısını alan sistem) – Əyləc zamanı yol örtüyündən asılı olmayaraq təkərlərin kilidlənməsinin qarşısını alır və bununla avtomobilə öz yolunu davam etməyi təmin edir. Eyni vaxtda EBA (Gücləndirilmiş Əyləc Sistemi) ekstremal vəziyyətlər zamanı əyləc pedalına minimum toxunuşla maksimum əyləc effekti almağa imkan verir. Bu sistemlərin birgə işi sayəsində avtomobilin əyləc məsafəsi qısalır və sürücünün təhlükələrdən yayınma şansları artır. 

TƏHLÜKƏSİZLİK YASTIQLARI



Harda əyləşirsiz əyləşin, siz həmişə təhlükəsiz tərəfdəsiniz
Biz avtomobilin içərisində mövcud olan ən dəyərli varlıq insan həyatını xəsarətlərdən qorumaq üçün əlavə təhlükəsizlik sistemlərindən də istifadə etmişik. Avtomobilin baza standartlarında 6 ədəd (Sürücü, ön sərnişin, 2 ədəd yan və 2 ədəd pərdə tipli) təhlükəsizlik yastığı, əlavə təchizatda isə daha 2 ədəd arxa təhlükəsizlik yastıqları təklif edilir.