ƏN QABAQCIL TEXNOLOGİYALAR

Müqayisə edilməz, hədsiz dərəcədə güclü yarış avtomobili ilə innovasiyaların vəhdəti.

LED İŞIQLARI VƏ BI-KSENON FARALAR

Ön bi-ksenon faralar günün qaranıq vaxtında sizin səfərlərinizi daha da təhlükəsiz edəcək. Diod işıqları sayəsində isə ətrafdakı avtomobillər üçün daim diqqət mərkəzində olacaqsınız. 

ÇOX FUNKSİONAL DƏRİ İLƏ İŞLƏNMİŞ SÜKAN ÇARXI

Siz əllərinizi olduqca xoş gələcək SEAT LEONun sükanından çəkmək istəməyəcəksiniz. Böyük ustalıqla sükana əlavə edilmiş düymələr vasitəsi ilə siz avtomobilin bir çox sistemlərinə nəzarəti daim öz əlinizdə saxlayacaqsınız.

“SEAT SOUND SYSTEM 2.2” AUDİO SİSTEMİ

İstər radio, CD və ya istərsə də media pleyer vasitəsilə musiqi dinləmək istəsəniz “SEAT SOUND SYSTEM 2.2” audio sisteminin 8 ədəd dinamiki vasitəsilə hər zaman yüksək keyfiyyətli səs effektləri əldə etmiş olacaqsınız. 

2 ZONALI KONDİNSİONER SİSTEMİ

Sürücüyə soyuqdur, sərnişinə isə daim istidir. SEAT LEON avtomobilinin salonunda bu məsələnində həlli yolunu asanlıqla tapmaq olar. 2 zonalı “CLİMATRONİC” kondisioner sistemi vasitəsilə sürücü və sərnişin istəyinə uyğun temperaturu təyin edə bilərlər.

ŞÜŞƏ LYUK

Avtomobilin salonu ilə xarici mühit arasındakı bütün maneələri dağıdın. Düyməyə bir toxunuş – SEAT LEON modelinin elektriklə tənzinlənən şüşə lyuku açılır və siz günəş şüalarından dayanmadan həzz alırsınız.