TAM NƏZARƏTƏ ƏMİNLİK HİSSİ

Yeni SEAT İBİZA ST-ni idarə etmək insana hədsiz dərəcədə müsbət təəsuratlar bəxş edir. Əgər qəflətən nəsə siz istədiyiniz kimi getməsə ona əmin ola bilərsiniz ki, SEAT İBİZA ST ən son aktiv və passiv təhlükəsizlik sistemləri ilə təchiz edilib. 

Artıq baza təchizatında bu avtomobil sürücü və ön sərnişin üçün 2 ədəd təhlükəsizlik yastığı və 3 nöqtəli ön və arxa təhlükəsizlik kəmərləri ilə təchiz edilib. Həmçinin bu avtomobildə ən kiçik sərnişinlər üçün xüsusi oturacaqların bərkidilməsini nəzərdə tutan İSOFİX sistemi mövcuddur 

AKTİV TƏHLÜKƏSİZLİK SİSTEMLƏRİ

Differensialın kilidlənməsi effekti yaradan (XDS), Elektron Stabilləşdirmə Sistemi (ESC), Gücləndirilmiş Əyləc Sistemi (EBD) və təkmilləşdirilmiş toqquşma ehtimalını azaldan fövqəladə siqnalızasiya sistemi.



Elektron Stabilləşdirmə Sistemi (ESC) – daim sükan çarxını nəzarətdə saxlayır, təkərlərin dövr etmə tezliyini ölçül, qaz və əyləc pedalının basılması dərəcəsini ölçür və əldə edilən məlumatlar əsasında avtomobilin dayanıqlığını tənzimləyir. 100 at gücündən cox mühərriklər əlavə olaraq diferensialın kilidlənməsi effekti yaradan (XDS) sistemi ilə də təchiz olunublar ki, bu sistem də öz növbəsində döngələrin keçilməsi zamanı təkərlərdə sürüşməni tənzimləyərək, avtomobilin ən optimal bucaq ilə dönməsini təşkil edir. Gücləndirilmiş Əyləc Sistemi (EBD) – Ekstremal vəziyyətlər zamanı əyləc pedalına minimum toxunuşla maksimum əyləc effekti almağa imkan verir. Təkmilləşdirilmiş toqquşma ehtimalını azaldan fövqəladə siqnalizasiya sistemi təhlükə baş verən zaman siz dərhal əyləc pedalını sıxırsınız və bu an həmən stop siqnal işıqları ilə bərabər qəza işıqları da avtomatik işə düşür və bunula da ətrafınızdakı sürücüləri baş verə biləcək təhlükə haqqında öncədən xəbərdar edir. 

Təkərlərdə təzyiqin elektron ölçülməsi sisitemi də həmçinin təkərlərdəki təzyiqin vəziyyəti haqqında daim sizi xəbərdar edəcəkdir ki, bunun vasitəsilə siz yanacaq sərfiyyatına qənaət etmiş olacaqsınız.