FƏRƏH MƏNBƏYİ – LED FARALAR

Ön və arxa diodlu (LED) işıqlandırma sistemi istənilən hava şəraitində avtomobilin mövqeyini daha dəqiq təyin etməyə sizə kömək edəcək. Bu funksiya yalnız gözəl görünüş üçün deyil, eyni zamanda yolda təhlükəsiz hərəkəti təmin etmək üçündür. Ön və arxa diodlu (LED) işıqlanma sayəsində istər gündüz və istərsə də gecə olmağına baxmayaraq avtomobil yolda hərəkət edən zaman ətrafdan çox yaxşı müşahidə edilir. 

ƏSAS ÜSTÜNLÜKLƏRİ

  • "LED" diodlu Bi-Ksenon faralar

  • Döngələri işıqlandırma sistemi ilə təçhiz olunmuş ön duman əleyhinə faralar

  • Stressiz idarəetmədən zövq al

  • "LED" işıqlanma və Bi-Ksenon faralar - Siz daim diqqət mərkəzindəsiniz.

DÖNGƏLƏRİN İŞIQLANDIRILMASI FUNKSİYASI

Yeni SEAT İBİZA ST-də sizin diqqətinizi cəlb edəcək ilk ünsür yüksək texnologiyalı ön optikadır. Buna misal olaraq döngələrin adaptiv işıqlandırılması sistemini göstərmək olar ki, qaranlıq havada sükanın dönmə istiqamətindən asılı olaraq duman əleyhinə faralar avtomotik yanır və döngəni işıqlandıraraq sizə avtomobili idarə etmək üçün tam təhlükəsiz bir mühit yaradır. Bu sistemlə qaranlıq döngədə gözləyə biləcək hər hansı bir hadisənin qəflətən sizi yaxalaya bilməsi halını tamamilə unuda bilərsiniz.

GÜCLƏNDİRİLMİŞ KOMFORT VƏ TƏHLÜKƏSİZLİK

Yeni SEAT İBİZA ST əlavə texnoloji paket sayəsində qaranlıq hava şəraitində sürücünün avtomobilin mühərrikini söndürdükdən sonra 30 saniyə ərzində müasir işıqlandırma sistemi hesabına avtomobilin salonu və ətrafı tam işıqlandırılır ki, bu zaman ərəfəsində sürücü, sərnişinlər avtomobildən lazımi əşyalarını toplaya və evləri istiqamətində yolu təhlükəsiz vəziyyətdə qət edə bilərlər. Həmçinin yağışlı və dumanlı hava şəraitində avtomobilin təchiz edildiyi yağış sensoru və güzgülərin avtomatik qaralması funksiyaları sizə tam təhlükəsiz bir mühit bağışlayacaq.

LED İŞIQLANMA İLƏ ÖN Bİ-KSENON FARALAR

Sizin istəyinizə uyğun olaraq SEAT İBİZA ST avtomobili adaptiv sisemli işıqlandırma sistemi (AFS) və bi-ksenon faralarla təchiz edilə bilər. Bu sistem döngələr zamanı faraları sükan istiqamətində döndərərək yolun görünməyən hissəsini tam işıqlandırır. Diod işıqlar isə günün bütün vaxtlarında avtomobilin mövqeyini düzgün təyin etməyə şərait yaradaraq, sürücü sərnişinlər və piyadalar üçün təhlükəsiz bir mühit təmin edir. 

KRUİZƏ NƏZARƏT SİSTEMİ

Uzun səyahətlər zamanı kruiz nəzarət sistemi avtomobilin idarəçiliy rahatlığını artırır. Sizdən sadəcə istədiyiniz sürəti təyin edərək ayağınızı sürət pedalından çəkmək tələb olunur – qalan bütün işləri avtomobilin elektron sistemi öz üzərinə götürür. Əyləc pedalına yüngül toxunuşla isə siz yenidən idarəetməni öz nəzarətinizə qaytara bilərsiniz.