MÜKƏMMƏLLİYİN ÖZÜ

Yeni SEAT İBİZA ST ilkin baxışdan diqqəti cəlb edir. Avtomobilin dizaynındakı cizgilər ona təkrarolunmaz bir xarici görünüş bəxş edir. Bu avtomobil heç bir kompromis bilmədən özünə arxayınlıq əks etdirir. SEAT İBİZA ST yalnız özünə xas olan bir individuallıq və ehtiras təcəssüm etdirir. 

Cəzb edici xarici görünüşü ilə eyni vaxtda avtomobilin interyeri də xoş təəsurat bəxş edir. Yeni "LED" diod və bi-ksenon faralar, yüngül lehimli disklər, xrom işləmələri və s. uzun siyahıya daxil olan yeniliklərdəndirlər. 

Brendin gələcək üçün nəzərdə tutulmuş eksteryer istiqaməti, düşünülmüş dizayn cizgiləri və ön texnologiyalar bu avtomobildə öz mükəmməl ahəngini tapmışdır. 

SEAT İBİZA ST-nin interyerində xüsusi stil ilə birlikdə funksionallıq və rahatlıq da önəmli yer almışdır. Təhlükəsiz sükan çarxı, hündürlüyə görə tənzimlənən oturacaqlar və boyunaltılar, qoltuq altı və s. bu kimi elementler sizə özünüzün rahatlığı üçün bir mühit yaratmağa imkan verir.

  • Klimatronik - 2 zonalı iqlim kontrolu

  • Radio CD + MP3, USB və iPod çıxışı ilə

  • Bort Kompüter. Məlumat-informasiya displeyi

  • İntelektual və Hamar

  • Yeni görünüş və yeni dizayn cizgiləri

  • Yeni rəng və interyer örtüyü seçimi ilə daim qarşınızda

  • Dəri işləməli sükan çarxı avtomobilinizə idman üslubu bəxş edəcək

  • Avtomobil ilə eyni rəngə boyanmış və qızdırcısı olan güzgülər bu modelin tam fərqli bir sinfə aid olduğunun göstəricisidir

  • "LED" diodlu Bi-Ksenon faralar