GENİŞ MÜHİT HİSSİ

Yeni SEAT İbiza ST modelini qarşılayın! Həyatını sərbəst yaşamaq üçün bu avtomobildə daha çox boş sahə sənin ixtiyarına verilib . 

Yeni iti baxışı ilə, o cümlədən yeni relyefə malik kapot, Yeni İbiza ST modelinə xüsusi gözəllik bəxş edir. Həmçinin, damda quraşdırılmış idman üslublu reylinqlər, xüsusi xırda əşyaları saxlamaq üçün ciblər, ən müasir və səmərəli işləyən son texnologiyalar və güclü mühərrik avtomobili idarə etməkdə sərhədsiz imkanlar yaradır. Bu ən müasir dizaynlı və qabaqcıl SEAT-dır.

Yeni SEAT İbiza ST sükan idarəçiliyi dinamikasını və sürücülük ehtirası kimi incə məqamları özündə cəmləşdirir. Sizin 1.4L və ya 1.6L həcmli mühərriki seçməyinizdən asılı olmayaraq, siz bunların hər ikisinin idarəçiliyindən əvəz olunmaz həzz əldə edəcəksiniz.

Ağıllı texnologiyalar sayəsində çox qənaətcil yanacaq sərfiyyatı, həmçinin premium sinfinə mənsub interyer bu avtomobildən yan keçmək hisslərini sizdə tamamilə öldürəcəkdir. Bu avtomobilin yük bölməsi 138L genişləndirilmişdir.

Yeni SEAT İbiza ST modelinin dizaynında bir çox dəyişikliklər edilmişdir və onların hamısının bir sadə məqsədi var : bizim İbizanı sizin ən yaxşısı etmək!

Bizim məşhur DSG sistemli transmissiyanı seçməklə avtomatın həssaslığı və mexanikanın qənaətcilliyini qazanmış olursunuz. Bu hər ikisinin vəhdətinin ən yaxşısıdır! Bizim Yeni İBİZA ST modelini seçməklə siz avtomobil sürülməsinin hər anını əyləncə kimi qəbul edəcəksiniz. 

Sedan və heçbek modellərində görə biləcəyiniz hər bir üstünlüyü SEAT İbiza ST qüsursuz şəkildə özündə birləşdirir. SEAT İBİZA avtomobili ilk baxışdan elə öz gözəlliyi, genişliyi, və yeni texnologiyaların son nailiyyətlərini özündə birləşdirərək sizə bu üstünlüklərdən rahat və çoxsahəli istifadə üçün şərait yaradır. İndi isə sizə qalan yalnız SEAT BAKI MƏRKƏZİ-nin təklif etdiyi bu modelin hansı komplektasiyasının sizə daha uyğun olduğunu seçməkdir.