HƏR SƏYAHƏTİNİZƏ SÜRƏT ƏLAVƏ EDİN. HƏR ÜRƏK DÖYÜNTÜNÜZÜ HİSS EDİN

SEAT İBİZA modelinin yeni texnologiyalar ilə təchiz edilməsi sadəcə reklam xarakterli atılan bir addım deyil. Bütün yeni texnologiyalar avtomobilin yol ilə əlaqələrinin yaxşılaşdırılmasına xidmət edirlər. Bunun da tək bir səbəbi var – Siz avtomobilin idarəsindən layiq olduğunuz zövqü alasınız. 

ƏLAVƏ TƏCHİZAT

  • Klimatronik - 2 zonalı iqlim kontrolu

  • Radio CD + MP3, USB və iPod çıxışı ilə

  • Bort Kompüter. Məlumat-informasiya displeyi

  • Arxa Parklama radarı

  • Yeni "LED" diodlu Bi-Ksenon faralar

BORT KOMPYUTERİ

Sadəcə bort kompüterin üstünlüklərindən istifadə edərək siz – səyahətin dəqiq vaxtını, mühərrikin ümumi işləmə vaxtını, benzin sərfiyyatını, mövcud yanacaq ilə qət edə biləcəyiniz məsafəni və s. bu kimi digər vacib məlumatları əldə edə bilərsiniz. Bort kompüter sürücünü ən optimal və qənaətcil sürüş üçün lazımi məlumatla təmin edir. SEAT İBİZA modelinin bort kompüteri naviqasiya sisteminin qoşulması üçün lazım olan bütün proqramlar ilə təchiz edilmişdir. 

İNFORMASİYA ƏYLƏNCƏ SİSTEMİ

Əlbəttə ki, yeni SEAT İBİZA sizin bütün gözləntilərinizə tam cavab verir: güclü audio sistemi, radio və MP3 dəstəyi ilə CD çalar, keyfiyyətli səslənmə ilə 4 ədəd dinamik və öz sinfində ən yüksək akustik effektləri. Əlavə təchizat olaraq siz həmçinin BLUETOOTH və AUX-IN/USB çıxışı funksiyalarına da sahib ola bilərsiniz.

SÜKANIN ADAPTİV GÜCLƏNDİRİCİSİ

Park etmə zamanı sürücünün işini asanlaşdıran və yüksək sürətdə yol örtüyü ilə avtomobil arasında əlaqəni daim nəzarətdə saxlayan bir sistem.

İQLİM KONTROLU SİSTEMİ – KLİMATRONİK

İBİZA model sırasına xas olan iqlim kontrolu sistemi avtomobilin xaricindəki hava şəraitini qeydə alaraq, avtomobilin daxilindəki təyin edilən temperaturu avtomatik olaraq salonun qızdırılması və ya soyudulması vasitəsilə tənzimləyir.

SÜKAN İDARƏÇİLİYİ

Zədə təhlükəsini azaldan sükan, həmçinin sürücünün əlini sükandan çəkmədən demək olar ki, avtomobilin bütün sistemlərinə nəzarət etmək imkanı verir.

YOXUŞA QALXMA SİSTEMİ

Bu sistem sayəsində siz avtomobili yoxuşda hərəkətə gətirən zaman sistem avtomatik olaraq maşının geriyə hərəkət etməsinin qarşısını alır.