FƏRƏH MƏNBƏYİ – LED FARALAR

Ön və arxa diodlu (LED) işıqlandırma sistemi istənilən hava şəraitində avtomobilin mövqeyini daha dəqiq təyin etməyə sizə kömək edəcək. Bu funksiya yalnız gözəl görünüş üçün deyil, eyni zamanda yolda təhlükəsiz hərəkəti təmin etmək üçündür.

ƏSAS ÜSTÜNLÜKLƏRİ

  • Bi-Ksenon və 'LED' diod ön işıqlandırma sistemi. Möhtəşəm görünüş və intellektual işıqlandırma

  • Ön duman faralarının dönmə zamanı döngələrin əlavə işıqlandırması funksiyası ilə bütün yollar sizin üçün işıqlı olacaq

  • Uzun müddət sükan arxasında əyləşən zaman KRUİZ tənzimlənməsi sistemi sizi stresdən tam azad edəcək

  • Arxa LED diod işıqlandırılması gecə və gündüz olmasından asılı olmayaraq sizə daim diqqət mərkəzində saxlayacaq

LED ÖN İŞIQLANDIRMA

Yolun vəziyyəti nə olursa olsun, LED sistemi ile təchiz olunmuş qabaq işıqlandırma sizin diqqət mərkəzində olmanız və görünüşünüz deməkdir.

KLIMATRONIK

SEAT IBIZA-nın yeni unikal Klimatronik – iqlim kontrolu sistemi salondakı iqlim temperaturunun vəziyyətinə tam nəzarət edir və müvafiq temperaturu avtomatik ayarlayır, havaya uyğun olaraq temperaturu artırır və ya azaldır. Hər birinin ideal temperaturu fərqli olduğuna görə, bu qabaqcıl sistem sürücü və sərnişin üçün ayrı-ayrı iqlim zonaları yarada bilir.

GÜCLƏNDİRİLMİŞ KOMFORT VƏ TƏHLÜKƏSİZLİK

Yeni SEAT İBİZA əlavə texnoloji paket sayəsində qaranlıq hava şəraitində sürücünün avtomobilin mühərrikini söndürdükdən sonra 30 saniyə ərzində müasir işıqlandırma sistemi hesabına avtomobilin salonu və ətrafı tam işıqlandırılır ki, bu zaman ərəfəsində sürücü və sərnişinlər avtomobildən lazımi əşyalarını toplaya və evləri istiqamətində yolu təhlükəsiz vəziyyətdə qət edə bilərlər. Həmçinin yağışlı və dumanlı hava şəraitində avtomobilin təchiz edildiyi yağış sensoru və güzgülərin avtomatik qaralması funksiyaları sizə tam təhlükəsiz bir mühit bağışlayacaq.

LED İŞIQLANMA İLƏ ÖN Bİ-KSENON FARALAR

Sizin istəyinizə uyğun olaraq SEAT İBİZA avtomobili adaptiv sisemli işıqlandırma sistemi (AFS) və bi-ksenon faralarla təchiz edilə bilər. Bu sistem döngələr zamanı faraları sükan istiqamətində döndərərək yolun görünməyən hissəsini tam işıqlandırır. Diod işıqlar isə günün bütün vaxtlarında avtomobilin mövqeyini düzgün təyin etməyə şərait yaradaraq, sürücü sərnişinlər və piyadalar üçün təhlükəsiz bir mühit təmin edir. 

KRUİZƏ NƏZARƏT SİSTEMİ

Uzun səyahətlər zamanı kruiz nəzarət sistemi avtomobilin idarəçiliy rahatlığını artırır. Sizdən sadəcə istədiyiniz sürəti təyin edərək ayağınızı sürət pedalından çəkmək tələb olunur – qalan bütün işləri avtomobilin elektron sistemi öz üzərinə götürür. Əyləc pedalına yüngül toxunuşla isə siz yenidən idarəetməni öz nəzarətinizə qaytara bilərsiniz.