MÜKƏMMƏLLİYƏ DOĞRU

Bu günkü həyatımızda mükəmməlləşmək istəməyən bir kəs tapmaq çox çətindir. Bəs mükəmməllik deyəndə biz nəyi nəzərdə tuturuq? Bəzi insanlar üçün mükəmməllik - əllə toxunulacaq, iyisini və ya dadını hiss edə biləcək bir məvhumdur. Lakin bəzi insanlar üçün isə bu həyatının mənasına çeviriləcək bir ideyadır.

Yeni 5 qapılı İBİZA modelini yaradarkən biz hər iki istiqamətdə öz mükəmməlliyimizi tapmağa çalışmışıq.

​Və axtarışımızın nəticəsi olaraq bu SEAT İBİZA indiyənə qədər markanın tarixində ən təhlükəsizi, ən müsiri və ən məhsuldarı olmuşdur. Bu model sizlərə yeni imkanlar, yeni üstünlüklər və yeni təchizat təklif edir.

Avtomobilin dizaynındakı cizgilər ona təkrarolunmaz bir xarici görünüş bəxş edir. Bizim fikrimizcə bu dizayn sayəsində SEAT İBİZA daha cəzbedici, daha arzu olunan və mükəmməlliyə daha yaxın olmuşdur.